Praktiki Məlumat
İŞTİRAKÇILAR:
Elmi-tədqiqat institutları və mərkəzlərinin nümayəndələri, hökumət administrasiyası, Mərkəzi Avropanın, EECCA ölkələrinin QHT-ı və işgüzar assosiasiyalar, köhnəlmiş pestisidlərlə iş təcrübəsi olan beynəlxalq təşkilatlar.
İştirakçılar təqdim edəcək prezentasiyalarının İngilis dilində qısa xülasəsini (abstrakt, 1 səhifə) təqdim etməyə və Konfrans proqramı çərçivəsində yaradılmış plenar sessiya və müzakirələrə qatılmağa dəvət olunurlar. Forumdan əvvəl abstrakt kitabı ingilis dilində çap ediləcək və iştirakçılara paylanacaq. Forumda təqdim olunan prezentasiyaların tam məqalələri kitabı, və Forumda qəbul olunmuş rezolyusiya sənədi forumdan sonra Beynəlxalq HCH və Pestisid Assosiyasiyasının internet səhifəsindən *pdf formatında İngilis dilində yerləşdiriləcək.
FORUMDA ISTIFADƏ OLUNAN DILLƏR:
İngilis, Rus, Azərbaycan
QEYDIYYAT FORMASI:
Qeydiyyat Forumun internet səhifəsindən www.hchforum.com elektron şəkildə keçiriləcək. Elektron qeydiyyat 10 dekabr 2010-cu il tarixində başlayacaqdır.
Qisa abstrakt və tam məqalələrin təqdim olunma şərtləri İkinci Elanda və Forumun internet səhifəsində təqdim olunacaq.
Məlumatlandırma kitabçaları bütün iştirakçılara paylanacaq.
KONFRANSIN ŞƏRTLƏRI VƏ ÖDƏNIŞI:
- Əgər siz şifahi və ya poster təqdimatınızı Forum Proqramına daxil etmək istəyirsinizsə elekrton Qeydiyyat Formasını təqdim etmək tələb olunur.
- Forumda qeydiyyat haqqı € 200 (iki yüz Avro).
Qeydiyyat haqqı internet sehifesinden elekron qeydiyyat zamanı ödənilə bilər. Qeydiyyat haqqı Forumda zamanı təqdim olunan bütün panellərdə iştirak, 3 gün ərzində kofe/çay fasiləsi, günorta yeməyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan rəsmi qarşılama naharı, sahəyə səfər, aeroportda qarşılama (Bakı-Qəbələ-Bakı xüsusi avtobus), Qəbələdə gəzinti, Forum Abstrakt kitabçası daxil olan “Forum çantası” və sonradan Forum Kitabının elektron versiyasının göndərilməsi. - Qeydiyyat üçün son tarix: 30 Iyun 2011
- Bakı- Qəbələ transfer qeydiyyatı üçün son tarix: 30 Iyun 2011
VİZA TƏLƏBLƏRİ:
15 Oktyabr 2010-cu ildə qüvvəyə minən yeni qanunvericiliyə əsasən xarici vətəndaşlar artıq viza ştampını hava limanında ala bilməyəcəklər. Bununla əlaqədar, Azərbaycana səfər edən bütün xarici vətəndaşlar səfər etməkdən öncə Viza üçün öz ölkələrində Azərbaycan Respublikası Səfirliyinə və ya Konsulluğuna və ya yaxın qonşu ölkələrdə yerləşən Azərbaycan diplomatik nümayəndəliyinə müraciət edə bilərlər. Viza müraciət sənədlərinin baxılması üçün tələb olunan vaxt uzana biləcək səbəbdən, xahiş olunur ölkənizdə yerləşən Azərbaycan Respublikası Konsulluğuna tədbirdən 2-3 ay öncə müraciət edəsiniz.
Elektron Qeydiyyat başa çatdıqdan sonra hər bir iştirakçı viza üçün rəsmi dəvətnamə məktubu alacaqlar. Bu məqsədlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər bir iştirakçı öz pasport surəti, hazırki iş yeri və vəzifəsi haqqında məlumat göndərməlidir.
http://www.mfa.gov.az/eng/index.php?option=com_content&task=view&id=598&Itemid=1
HOTELDƏ YERLƏŞMƏ VƏ FORUMUN KEÇIRILƏCƏK MƏKAN:
Forum Qəbələ, Qafqaz Riverside Otelində keçiriləcək.
http://www.qafqazriversidehotel.com/pages/DefaultEn.aspx
İkinci variant kimi Qəbələ Otel
http://azhoteller.blogspot.com/2010/08/hotel-gabala.html
Hər iki oteldə Forum üçün xüsusi qiymətlət Forum internet sehifesinde təqdim olunacaqdır. Xüsusi qiymət üçün Otel rezervasiyası yalnız elektron qeydiyyat vasitəsi ilə Forum internet səhifəsindən həyata keçirilə bilər.
Bakı Hava limaninda qarşılama və Qəbələ Otelə çatdırılma xidməti yalnız elektron qeydiyyat vasitəsi ilə Forum internet səhifəsindən həyata keçirilə bilər. Qarşılama və çatdırılma xidməti üçün iştirakçı öz uçuş detallarını (hava şirkətinin adı, reys nömrəsi, çıxma/Bakıya çatma vaxtı) dəqiqliklə qeydiyyat formasında göstərməlidir.
Qeyd: Qarşılanma/Çatdırılma üçün Qeydiyyat Forması elektron şəkildə 30 Iyun 2011 tarixinədək doldurulub konfrans təşkilatçılara təqdim olunmasa, Bakıdan Qəbələyə çatdırılma xidməti göstərilməyəcək.
Konfrans Qafqaz Riverside Otelində keçiriləcək.
Tələbə hostelləri Sekretariata müraciət ilə rezervasiya oluna bilər.
Keçid iqdisadiyyatı olan ölkələrdən iştirakçılar üçün məhdud miqdarda sponsorluq mövcuddur.
ƏLAQƏLƏR:
Forumla bağlı suallar Forum Katibliyinə müraciət olunmalıdır:
Katiblik:
Gülçöhrə Əliyevə
UNEP-ECORES NatCom
Lancaster University
Tel: +994 (0) 50 215 49 11 (Azerbaijan)
Tel: +994 (0) 55 215 49 11 (Azerbaijan)
Mob UK: +44 (0) 779 683 79 35
Fax: (+994 12) 510 91 47
E-mail: g.aliyeva1@gmail.com
Skype: gulchohra.aliyeva
Rəşad Allahverdiyev
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
100A, B.Ağayev küç. Bakı AZ1073
Tel: +99412 510 32 35
Mobile: +99450 389 62 72
Fax: +994 12 438 53 81
email: az.mineco@gmail.com